"Qəbələ" - "Sabah" oyununda dava düşdü - VİDEO

 22:06 28.08.2022     382

Qəbələdə eyniadlı komanda ilə "Sabah" arasında keçirilən futbol üzrə Azərbaycan Premyer Liqasının IV tur oyununda insident baş verib.

Redaktor.az xəbər verir ki, buna qonaqların yarımmüdafiəçisi Coy Lens Mikelsin qol vurduqdan sonra rəqib azarkeşlərini qıcıqlandıran hərəkət etməsi səbəb olub.

Almaniyal oyunçuya dərhal reaksiya verən "qırmızı-qaralar"ın müdafiəçisi Ruan Renato ona hücum çəkib. Daha sonra Bakı klubundan Aleksey İsayev ilə meydan sahiblərindən Rafael Utziq arasında qalmaqal yaşanıb. Məşqçilərin də köməyi ilə tərəfləri çətinliklə sakitləşdirmək mümkün olub.

Matçın baş hakimi Əliyar Ağayev Mikelslə Renatoya sarı vərəqə göstərib.

Vumart və Güvən reklamı Vumart Güvən