“Mançester Yunayted” Ronaldonun maaşını azaltdı
“Mançester Yunayted” hücumçusu Kriştianu Ronaldunun maaşını 25% azaldıb.
Redaktor.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, klub 2022/23 mövsümündə Çempionlar Liqasına vəsiqə qazana bilmədiyi üçün bu addımı atıb. Portuqaliyalının müqaviləsində müvafiq variant nəzərə alınıb.
Futbolçu isə “Mançester Yunayted”in bu qərarından son dərəcə narazı qalıb, çünki o, ötən mövsüm komandanın çıxışına ciddi töhfə verdiyini düşünür və 18 qol vurduğunu deyir.












