AFFA bu klubları CƏZALANDIRDI

 15:47 01.09.2022     396

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosasiyası (AFFA) İntizam Komitəsi iclası keçirilib. İclasda "Qarabağ" və "Qəbələ" klublarınının 4 000 manat məbləğində cərimələnməsi barədə qərar verilib.

Redaktor.az AFFA-ya istinadən xəbər verir ki, buna hər iki komandanın azarkeşlərinin Premyer Liqanın IV tur oyununda kütləvi şəkildə təhqiramiz ifadələrə yol verməsi səbəb olub.

"Köhlən atlar"ın fanatları "Şamaxı"nı 4:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada, "qırmızı-qaralar"ın tərəfdarları isə "Sabah"a 0:2 hesabı ilə yenildikləri görüşdə təhqiramiz ifadələr işlədiblər.

İntizam Komitəsinin digər qərarlarını da təqdim edirik:

26.08.2022-ci il tarixində Misli Premyer Liqasının IV turunun “Neftçi” – “Zirə” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı klub 1600 manat cərimə olunur (maddə 51.1).

26.08.2022-ci il tarixində Misli Premyer Liqasının IV turunun “Neftçi” – “Zirə” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur (maddə 49.2).

27.08.2022-ci il tarixində Misli Premyer Liqasının IV turunun “Səbail” – “Kəpəz” oyununda matçın 69-cu dəqiqəsində “Kəpəz” klubunun 11 nömrəli futbolçusu Rauf Əliyev hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra yenidən meydana daxil olduğu üçün 5 oyun cəzalanır klub 4000 manat cərimə olunur (maddə 41.3, 75).

27.08.2022-ci il tarixində Misli Premyer Liqasının IV turunun “Səbail” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 8 nömrəli futbolçusu Tural Axundov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimə olunur (maddə 47.1).

27.08.2022-ci il tarixində Misli Premyer Liqasının IV turunun “Səbail” – “Kəpəz” oyununda stadionun dəhlizində “A” buraxılış vəsiqəsinə malik olmayan şəxslər aşkar olunduğu üçün meydan sahibi klub 800 manat cərimə olunur (maddə 49.6)

28.08.2022-ci il tarixində Misli Premyer Liqasının IV turunun “Qəbələ” – “Sabah” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).

30.08.2022-ci il tarixində I Divizionun II turunun “Qarabağ-2” – MOİK oyununda oyun öncəsi “Qarabağ-2” klubu vaxtında protokolu tərtib etmədiyi üçün klub 80 manat cərimə olunur (maddə 54).

30.08.2022-ci il tarixində I Divizionun II turunun “Qarabağ-2” – MOİK oyununda MOİK klubunun oyunçularının geyimlərindəki qüsurlara görə oyun gec başlandığı üçün klub 80 manat cərimə olunur (maddə 69.5).

30.08.2022-ci il tarixində I Divizionun II turunun “Neftçi-2” – “Qaradağ Lökbatan” oyununda matçın 90-cu dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 55 nömrəli futbolçusu Tunar Mütəllimov kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır klub 160 manat cərimə olunur (maddə 36.1).

31.08.2022-ci il tarixində I Divizionun II turunun “Turan Tovuz-2” – “Kəpəz-2” oyununda meydan sahibi komandanın təhlükəsizlik xidmətinin əməkdaşı təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 80 manat cərimə olunur (maddə 60).

31.08.2022-ci il tarixində I Divizionun II turunun “Turan Tovuz-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” klubunun 72 nömrəli futbolçusu Zahid Mərdanov oyunun 59-cu dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur (maddə 47.1).

31.08.2022-ci il tarixində I Divizionun II turunun “İmişli” – “Araz Naxçıvan” oyununda “İmişli” klubunun heyətində adı protokolda olmayan oyunçu matçda iştirak etdiyi üçün hesab olduğu kimi saxlanılmaqla “İmişli” komandasına texniki məğlubiyyət verilir klub 400 manat cərimələnir (maddə 50.6).

31.08.2022-ci il tarixində I Divizionun II turunun “Sumqayıt-2” – “Zirə-2” oyununda “Sumqayıt-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39).

Vumart və Güvən reklamı Vumart Güvən