"Kəpəz"də yeni təyinat

 16:45 04.09.2022     201

"Kəpəz" klubunun yeni baş məşqçisi Tərlan Əhmədovun təqdimat mərasimi keçirilib.

Redaktor.az xəbər verir ki, Gəncə şəhərindəki "Gənclər Evində" keçirilən mərasimdə klub nümayəndələri, idman xadimləri və kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak edib.

Qeyd edək ki, "Kəpəz" klubunun öncəki baş məşqçisi Yaşar Vahabzadə və məşqçilər korpusu bir müddət öncə istefaya göndərilib.

Azərbaycan Premyer Liqasında iştirak edən "Kəpəz" heç bir komanda üzərində qalibiyyət əldə etməyib.