"Barselona" futbolçuların maaşını kəsə bilər

 23:52 05.09.2022     219

"Barselona” klubu futbolçuların maaşını kəsə bilər.

Redaktor.az xəbər verir ki, Kataloniya təmsilçisi oyunçuları ilə bağladığı müqavilələrdə maaşlarının azaldılması ilə bağlı xüsusi bənd yer alıb.

Mənbənin verdiyi məlumata görə, futbolçular reklam tədbirlərində iştirak etməzsə, klub onların maaşını kəsə bilər.

Belə ki, əgər oyunçu mövsüm boyunca üç analoji tədbiri buraxarsa, klub rəhbərliyi birtərəfli qaydada futbolçunun maaşını 10 faiz azalda bilər.

Qeyd edək ki,  “Barselona” hazırda 4 turdan sonra La Liqada 10 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.