Çempionlar Liqasında gecənin NƏTİCƏLƏRİ

 09:20 07.09.2022     133

Ötən gün Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

Redaktor.az xəbər verir ki, ilk oyun günündə 4 qrup üzrə 8 görüş keçirilib.

Belə ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) klubu Xorvatiyada İngiltərənin "Çelsi" komandasına qalib gəlib.

Bundan başqa, PSJ "Yuventus"u, "Mançester Siti" "Sevilya"nı, "Real" "Seltik"i məğlub edib. "Milan" səfərdə "Zaltsburq"la heç-heçəyə razılaşıb.

Qeyd edək ki, ilk turun digər 8 matçı sentyabrın 7-də oynanılacaq.

Çempionlar Liqasında qrup mərhələsi, 1-ci tur

6 sentyabr

E qrupu
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Çelsi" (İngiltərə) - 1:0

Qol: Mislav Orşiç - 13

"Zaltsburq" (Avstriya) - "Milan" (İtaliya) - 1:1

Qollar: Noa Okafor - 28, Aleksis Salemakers - 40

F qrupu
"Leyptsiq" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 1:4

Qollar: Məhəmməd Simakan - 57, Maryan Şved - 16; 58, Mixail Mudrik - 76,  Lassina Traore - 85

"Seltik" (Şotlandiya) - "Real" (İspaniya) - 0:3

Qollar: Vinisius Junior - 56, Luka Modriç - 60, Eden Azar - 77

G qrupu

"Borussiya" (Dortmund, Almaniya) - "Kopenhagen" (Danimarka) - 3:0

Qollar: Marko Roys - 35,  Rafael Gerreyro - 42, Cud Bellingem - 8

"Sevilya" (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 0:4

Qollar: Erlinq Haaland - 20; 67, Fil Foden - 58, Ruben Diaş - 90+2

H qrupu

PSJ (Fransa) - "Yuventus" (İtaliya) - 2:1

Qollar: Kilian Mbappe - 6; 22, Ueston Makkenni - 53

"Benfika" (Portuqaliya) - "Makkabi" (Hayfa, İsrail) - 2:0

Qollar: Rafa Silva - 50, Alexandro Qrimaldo - 54