"Çox intizamlı komandaya qarşı oynayacağıq" - Qurban Qurbanov

 21:52 07.09.2022     397

"Çox intizamlı komandaya qarşı oynayacağıq".

Redaktor.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Frayburq"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunundan əvvəl mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis rəqibin baş məşqçisinin uzun illər postunda olduğunu bildirib: "Çox maraqlı komandadır. Ciddi rəqiblə qarşılaşacağıq. İstəkli və həvəsliyik. Yaxşı mübarizə aparmaq niyyətindəyik. Öz istədiklərimizi etməyə çalışacağıq. Futbolçulara inanıram. Azarkeşləri maraqlı matç gözləyir".

Qeyd edək ki, "Europa-Park" stadionunda təşkil olunacaq "Frayburq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq (report.az).

Vumart və Güvən reklamı Vumart Güvən