Çempionlar Liqasında gecənin nəticələri - "Barselona"dan darmadağın

 08:44 08.09.2022     181

UEFA Çempionlar Liqasının qrup mərhələsində I tura yekun vurulub.

Redaktor.az xəbər verir ki, son 6 qarşılaşmanın hər birində qapılara qol vurulub.

Gecənin sensasiyası A qrupunda qeydə alınıb. Ötən mövsümün finalçısı olan İngiltərə "Liverpul"u İtaliyada "Napoli"yə böyük hesabla uduzub.

C qrupunda İspaniya "Barselona"sı evdə Çexiyanın "Viktoriya" (Plzen) komandasını darmadağın edib. Almaniya "Bavariya"sı isə İtaliyada "İnter"ə 2 cavabsız qolla qalib gəlib.

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

7 sentyabr

A qrupu

20:45. "Ayaks" (Niderland) - "Reyncers" (Şotlandiya) - 4:0

Qollar: Edson Alvares, 17. Stiven Bergeys, 32. Məhəmməd Kudus, 34. Stiven Berqveyn, 80

23:00. "Napoli" (İtaliya) - "Liverpul" (İngiltərə) - 4:1

Qollar: Pyotr Zelinski, 5 (penalti); 47. Andre Zambo-Angissa, 31. Covanni Simeone, 44 - Luis Dias, 49

İstifadə olunmayan penalti: Viktor Osimhen, 18 ("Napoli")

Xal durumu: "Ayaks" - 3. "Napoli" - 3. "Liverpul" - 0. "Reyncers" - 0

B qrupu

23:00. "Atletiko" (Madrid, İspaniya) - "Portu" (Portuqaliya) - 2:1

Qollar: Mario Ermoso, 90+2. Antuan Qrizmann, 90+11 - Mateus Uribe, 90+5 (penalti)

Qırmızı vərəqə: Mehdi Taremi, 82 ("Portu")

23:00. "Brügge" (Belçika) - "Bayer" (Almaniya) - 1:0

Qollar: Lubade Abakar Silla, 42

Xal durumu: "Brügge" - 3. "Atletiko" - 3. "Portu" - 0. "Bayer" - 0.

C qrupu

23:00. "Barselona" (İspaniya) - "Viktoriya" (Plzen, Çexiya) - 5:1

Qollar: Frank Kessye, 13. Robert Levandovski, 34; 45+3. 68. Ferran Torres, 71 - Yan Sikora, 44

23:00. "İnter" (İtaliya) - "Bavariya" (Almaniya) - 0:2

Qollar: Leroy Sane, 25. Danilo D Ambrozio, 66 (avtoqol)

Xal durumu: "Barselona" - 3. "Bavariya" - 3. "İnter" - 0. "Viktoriya" - 0

D qrupu

20:45. "Ayntraxt" (Frankurt, Almaniya) - "Sportinq" (Portuqaliya) - 0:3

Qollar: Markus Edvards, 65. Fransişku Trinkan, 67. Nunu Santuş, 82

23:00. "Tottenhem" (İngiltərə) - "Marsel" (Fransa) - 2:0

Qollar: Rişarlison, 76; 81

Qırmızı vərəqə: Şansel Mbemba, 48 ("Marsel")

Xal durumu: "Sportinq" - 3. "Tottenhem" - 3. "Marsel" - 0. "Ayntarxt" - 0

Qeyd edək ki, qrup mərhələsinin I turunun ilk 8 oyunu ötən gün keçirilib.