“Qarabağ” Avroliqada ilk matçına çıxır

 09:50 08.09.2022     307

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinə start veriləcək.

Redaktor.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” klubu ilk görüşünü səfərdə keçirəcək.

G qrupunda mübarizə aparan Qurban Qurbanovun komandası Almaniyada “Frayburq”un qonağı olacaq. “Volfsvinkel” stadionunda keçiriləcək qarşılaşma saat 23:00-da start götürəcək.

Avropa Liqası
I tur, G qrupu
8 sentyabr

23:00. “Frayburq” (Almaniya) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Erik Lambrexts (Belçika)
Frayburq. “Volfsvinkel” stadionu

Qeyd edək ki, qrupun digər oyununda Fransa “Nant”ı Yunanıstan çempionu “Olimpiakos”u qəbul edəcək.

Vumart və Güvən reklamı Vumart Güvən