Çempionlar Liqasında ən yaxşı qolun müəllifi seçildi

 15:37 08.09.2022     137

Fransa millisinin və PSJ-nin futbolçusu Kilian Mbappe UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun yekunlarına əsasən ən yaxşı qolun müəllifi seçilib.

Redaktor.az xəbər verir ki, 24 yaşlı hücumçu UEFA-nın saytında yerləşdirilən sorğunun qalibi olub.

Səsvermədə Portuqaliya "Benfika"sının müdafiəçisi Alexandro Qrimaldo, Almaniya "Bavariya"sının vingeri Leroy Sane və İspaniya "Barselona"sının xavbeki Ferran Torres də də iştirak edib.

Qeyd edək ki, Kilian Mbappenin PSJ – "Yuventus" (2:1) oyununda dubl müəllifi olub. Hücumçu bu qolu 5-ci dəqiqədə rəqib qapısından keçirib.