Rusiya idmançılarının bu ölkələrə girişinə qadağa qoyuldu

 17:09 08.09.2022     142

Rusiya idmançılarının Estoniya, Latviya, Litva və Polşaya girişinə qadağa qoyulub.

Redaktor.az xəbər verir ki, bununla bağlı sözügedən ölkələr birgə bəyanat yayıblar.

Bildirilib ki, Polşa və Baltikyanı dövlətlər Rusiya vətəndaşlarının Şengen zonasına girişinə məhdudiyyətlər barədə razılığa gəliblər və bu, xüsusilə idmançılara aiddir.

Belə bir addımın ictimai asayiş və təhlükəsizliyin qorunması üçün atıldığı vurğulanıb.

Müvəqqəti xarakter daşıyan qadağa qərarı sentyabrın 19-dək hər bir ölkədə qüvvəyə minməlidir.