Cüdoçumuz 10-cu dəfə dünya çempionu oldu

 22:59 08.09.2022     230

Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli Polşanın Krakov şəhərində usta cüdoçular arasında keçirilən Dünya çempionatında qızıl medal qazanıb.

Redaktor.az xəbər verir ki, M7 kateqoriyası üzrə 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Rəcəbli ardıcıl olaraq Ukrayna, Böyük Britaniya və Almaniyadan olan rəqiblərini məğlub edib.

Qeyd edək ki, bu, Azərbaycan təmçsilçisinin usta cüdoçular arasında dünya çempionatlarında qazandığı 10-cu qızıl medalıdır.