"Qarabağ" Almaniyada "Frayburq"a məğlub oldu

 00:55 09.09.2022     427

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib. 

Redaktor.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda "Frayburq"un qonağı olub. 

"Europa-Park" stadionundakı qarşılaşma meydan sahiblərinin 2:1. hesablı qələbəsi ilə bitib. Görüşə Bundesliqa təmsilçisi daha üstün başlayıb. 2-ci dəqiqədə Ritsu Doanın fərqlənməsinə qapıçı Şahruddin Məhəmmədəliyev imkan verməyib.

Daha sonra Toral Bayramov 5-ci dəqiqədə cərimə meydançasında Mattias Ginterə qarşı kobud oynayıb. Belçikalı baş hakim Erik Lambrexts VAR-a baxdıqdan sonra penalti təyin edib. Vinçentso Qrifo 7-ci dəqiqədə "Frayburq"u hesabda önə keçirib. 15-ci dəqiqədə Ritsu Doan hesab arasındakı fərqi iki topa çatdırmaqla "köhlən atlar"ı növbəti dəfə mərkəzə dəvət edib.

Start həyəcanını boğa bilməyən "köhlən atlar" buraxılan 2-ci qoldan sonra tədricən özünə gəlməyə başlayıb. Hissənin ortalarına doğru təşəbbüsü ələ alan Azərbaycan çempionu bunun məntiqi nəticəsi kimi 22-ci dəqiqədə Qara Qarayev, 33-cü dəqiqədə isə Abdullah Zubirlə rəqibə təhlükəli anlar yaşadıb. Lakin hər iki oyunçunun zərbəsi hədəfdən yayınıb. "Qarabağ" 39-cu dəqiqədə Marko Veşoviçin qolu ilə hesab arasındakı fərqi azaldıb. Almaniya klubu fasiləyə 2:1 hesablı üstünlüklə yollanıb. 

Ağdam təmsilçisi ikinci hissəni isə demək olar ki, hücumda keçirib. 53-cü dəqiqədə Kadi Borgesin zərbəsi təhlükəli alınsa da, qapıçı Mark Flekken topun çərçivədən keçməsinə imkan verməyib. Bir saatın tamamına kimi hər iki komanda hücumlar etsə də, hesab dəyişməz qalıb. 70-ci dəqiqədə Kadi Borges növbəti dəfə Flekken səddini keçə bilməyib. 76-cı dəqiqədə Qara Qarayevin yerinə Riçard Almeyda, Ramil Şeydayevin yerinə isə Julio Roman meydana daxil olub. 80-ci dəqiqədə Abdullah Zubirin başla zərbəsindən sonra qapıçı topu tutub. Ardınca Zubir cərimə meydançasında yerdə qalsa da, baş hakim penalti təyin etməyib. 3 dəqiqə sonra Leandro Andrade Marko Yankoviçi əvəzləyib. Bütün cəhdlərə baxmayaraq Azərbaycan çempionu bərabərlik qolunu vura bilməyib. 

G qrupunun digər matçında Yunanıstan "Olimpiakos"u Fransada "Nant"a 1:2 hesabı ilə uduzub. "Qarabağ" sentyabrın 15-də II turda "Nant"ı qəbul edəcək, "Frayburq" isə "Olimpiakos"un qonağı olacaq. 

Avropa Liqa: “Qarabağ” “Frayburq”a məğlub olub - FOTOLENT Avropa Liqa: “Qarabağ” “Frayburq”a məğlub olub - FOTOLENT Avropa Liqa: “Qarabağ” “Frayburq”a məğlub olub - FOTOLENT Avropa Liqa: “Qarabağ” “Frayburq”a məğlub olub - FOTOLENT Avropa Liqa: “Qarabağ” “Frayburq”a məğlub olub - FOTOLENT Avropa Liqa: “Qarabağ” “Frayburq”a məğlub olub - FOTOLENT Avropa Liqa: “Qarabağ” “Frayburq”a məğlub olub - FOTOLENT Avropa Liqa: “Qarabağ” “Frayburq”a məğlub olub - FOTOLENT Avropa Liqa: “Qarabağ” “Frayburq”a məğlub olub - FOTOLENT Avropa Liqa: “Qarabağ” “Frayburq”a məğlub olub - FOTOLENT Avropa Liqa: “Qarabağ” “Frayburq”a məğlub olub - FOTOLENT Avropa Liqa: “Qarabağ” “Frayburq”a məğlub olub - FOTOLENT Avropa Liqa: “Qarabağ” “Frayburq”a məğlub olub - FOTOLENT