Avroliqada qrup mərhələsinin ilk oyunları - NƏTİCƏLƏR

 09:04 09.09.2022     318

UEFA Avropa Liqasında qrup mərhələsinin birinci turunun oyunları keçirilib.

Redaktor.az xəbər verir ki, birinci turun bütün oyunları eyni gündə təşkil olunub.

G qrupunda yer alan Azərbaycan çempionu “Qarabağ” Almaniyada "Frayburq"un qonağı olub. Görüşdə Almaniya təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

Qrup mərhələsi, birinci tur

A qrupu

"Sürix" (İsveçrə) - "Arsenal" (İngiltərə) - 1:2

PSV (Niderland) - "Budö Qlimt" (Norveç) - 1:1

 

B qrupu

AEK (Larnaka, Kipr) - "Renn" (Fransa) - 1:2

"Fənərbağça" (Türkiyə) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:1

 

C qrupu

"Lüdoqorets" (Bolqarıstan) - "Roma" (İtaliya) - 2:1

HİK (Finlandiya) - "Betis" (İspaniya) - 0:2

 

D qrupu

"Malmö" (İsveç) - "Braqa" (Portuqaliya) - 0:2

"Yunion" (Berlin, Almaniya) - "Yunion" (Belçika) - 0:1

 

E qrupu

"Mançester Yunayted" (İngiltərə) - "Real Sosyedad" (İspaniya) - 0:1

"Omoniya" (Kipr) - "Şerif" (Moldova) - 0:3

 

F qrupu

"Latsio" (İtaliya) - "Feyenoord" (Niderland) - 4:2

"Şturm" (Avstriya) - "Midtüllan" (Danimarka) - 1:0

 

G qrupu

"Frayburq" (Almaniya) - "Qarabağ" (Azərbaycan) - 2:1

"Nant" (Fransa) - "Olimpiakos" (Yunanıstan) - 2:1.