Bu ildən idman liseyləri tələbə qəbul edəcək

 15:38 09.09.2022     152

"Yeni tədris ilində üç idman liseyinin fəaliyyətə başlaması planlaşdırılır".

Redaktor.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin İdman sektorunun müdiri Hilal Salmanov “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bunlar "Vətən" idman liseyi, Bakı şəhəri 1 nömrəli idman liseyi və Gəncə şəhər idman liseyidir: "Vətən" idman liseyində futbol, Bakı şəhəri 1 nömrəli idman liseyində cudo, badminton, Gəncə şəhər idman liseyində isə yunan-Roma güləşi, futbol öyrədiləcək. Yeni yaradılan müəssisələrdə tədrisin V-XI siniflər üzrə təşkili, peşəkar idmançı hazırlığı işinin mövcud qaydalar əsasında aparılması, bölgələrdən olan şagirdlarin yataqxana ilə təmin edilməsi, həmin idmançıların günlük yemək normalarına uyğun qidalanması, təhsil alan digər şagirdlərə gündə bir dəfə nahar yeməyinin verilməsi nəzərdə tutulur".