"Real Madrid" Ançelotti ilə müqaviləni uzatdı

 13:52 10.09.2022     150

İspaniya "Real Madrid"i baş məşqçisi Karlo Ançelotti ilə müqaviləni yeniləməyə hazırlaşır.

Redaktor.az "Marca"ya istinadən xəbər verir ki, "kral klubu"nun prezidenti Florentino Peres italiyalı mütəxəssisin işindən razıdır.

O hesab edir ki, 63 yaşlı baş məşqçinin futbolçular arasında hörməti qazanılan nəticələrdə həlledici rol oynayır.

Qeyd edək ki, Karlo Ançelotti 2021-ci ildə "Real Madrid"lə üç illik müqavilə imzalayıb. Komanda ötən mövsüm onun rəhbərliyi altında İspaniya La Liqasının və UEFA Çempionlar Liqasının qalibi olub.