Üç futbolçu "Fənərbağça"dan kənarlaşdırıldı

 22:22 10.09.2022     151

Türkiyə "Fənərbağça"sının baş məşqçisi Jorji Jezuş 3 futbolçunu əsas komandadan uzaqlaşdırıb.

Redaktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, uruqvaylı müdafiəçi Maurisio Lemos, çexiyalı arxa xətt oyunçusu Filip Novak və portuqaliyalı vinger Bruma yeni mövsüm üçün sifariş olunmayıblar.

Legionerlərin İstanbul təmsilçisindən ayrılacaqları gözlənilir.

Klub hər 3 oyunçuya qərarı anlayışla qarşıladıqları üçün təşəkkür edib.