Eldəniz Əzizli dünya çempionatının finalında

 22:34 10.09.2022     357

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksəlib.

Redaktor.az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda ABŞ təmsilçisi Maks Nouriyə 9:0 hesabı ilə qalib gəlib.

Onun finaldakı rəqibi gürcüstanlı Nuqzari Tsurtsumia olacaq.