Millimiz Avropa çempionatının final mərhələsində

Qadın voleybolçulardan ibarət millimiz Avropa çempionatının final mərhələsinə yüksəlib.
Redaktor.az xəbər verir ki, komandamız buna təsnifat mərhələsinin son turunun oyununda nail olub.
D qrupunda mübarizə aparan Eldar Yusubovun yetirmələri Avstriya ilə səfərdə keçirilən qarşılaşma başa çatmamış 2-ci yeri təmin edib.
Millimiz hamısı ardıcıl olmaqla 10-cu dəfə Avropa çempionatında oynayacaq. Bu ənənəni AVRO-2005-də başlayan komandamız iki dəfə turnirin yarımfinalçısı olaraq 4-cü yeri tutub.
Bu dəfə voleybolçularımız 4 ölkədə təşkil olunan AVRO-2023-ə yüksəlib. Yarışın final mərhələsi Belçika, İtaliya, Estoniya və Almaniyada keçiriləcək.