“Barsa”nın matçı infarkt keçirən azarkeşə görə dayandırıldı - FOTO

“Kadis” – “Barselona” matçında 20 dəqiqədən çox fasilə yaranıb.
Redaktor.az xəbər verir ki, buna tribunadakı azarkeşi halının pisləşməsi səbəb olub.
“Kadis”in qapıçısı Ledesma tibbi ləvazimat qutusunu tribunalara ötürmək üçün yan xəttə qaçıb. Fanatı ayıltmaq üçün defibrilyatordan istifadə edilib.
Məlumata görə, azarkeş infarkt keçirib.