Levandovski Ronaldonun rekordunu təzələdi

 10:04 11.09.2022     192

İspaniyanın "Barselona" klubunun futbolçusu Robert Levandovski İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən Kriştianu Ronaldunun nailiyyətini geridə qoyub.

Redaktor.az xəbər verir ki, 34 yaşlı hücumçu buna "Kadis"i 4:0 hesabı ilə məğlub etdikləri La Liqanın V tur oyununda müvəffəq olub.

Polşalı forvard yerli çempionatdakı ilk 5 matçında 6 dəfə fərqlənib. Ronaldu 2009-cu ildə "Real Madrid"də oynadığı dönəmdə La Liqadakı ilk 5 görüşdə 5 qola imza atıb.

Qeyd edək ki, Robert Levandovski iyulda Almaniya "Bavariya"sından Kataloniya təmsilçisinə keçib.