Eldəniz Əzizli ikiqat dünya çempionu oldu

Azərbaycanı Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında təmsil edən yunan-Roma güləşçisi Eldəniz Əzizli final görüşünə çıxıb.
Redaktor.az xəbər verir ki, rəqib gürcüstanlı Nuqzari Tsurtsumiya olub. Görüş qələbəsi ilə bitib.
Qarşılaşmanın əvvəlindən təşəbbüsə yiyələnən 30 yaşlı pəhləvan özündən 5 yaş kiçik rəqibini vaxtında əvvəl təmiz qələbə ilə üstələyib - 8:0.