“Sumqayıt” öz meydanında “Şamaxı” ilə bacarmadı - VİDEO

 21:00 11.09.2022     133

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.

Redaktor.az xəbər verir ki, günün ilk matçında “Sumqayıt” “Şamaxı”nı qəbul edib.

“Kapital Bank Arena”dakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Meydan sahiblərində 3-cü dəqiqədə Almir Aqanspahiç, qonaqlarda isə 45-ci dəqiqədə Bahadur Həziyev fərqlənib.

Xallarının sayını 3-ə çatdıran “gənclik şəhəri” təmsilçisi 8-ci, 2 xala malik Şamaxı klubu isə 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, günün digər görüşündə “Qarabağ” “Sabah”ı qəbul edəcək.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” “Kəpəz”i 2:0, “Neftçi” səfərdə “Qəbələ”ni, “Zirə” isə “Səbail”i 2:1 hesabı ilə yenib.

Bizimlə əlaqə saxlayın

Bizi Telegram-da o