Güləş üzrə Azərbaycan millisi dünya ikincisi oldu

 01:11 14.09.2022     122

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında növbəti uğura imza atıb.

Redaktor.az xəbər verir ki, yarışda 9 idmançı ilə təmsil olunan yığmamız yekunda 118 xalla komanda hesabında ikinci yeri tutub.

Milli üzvlərindən Eldəniz Əzizli (55 kiloqram) qızıl, Ülvi Qənizadə (72 kiloqram) gümüş, Taleh Məmmədov (63 kiloqram), Həsrət Cəfərov (67 kiloqram) və Arif Niftullayev (97 kiloqram) bürünc medal qazanıblar.

Qeyd edək ki, Türkiyə millisi 125 xalla bütün rəqiblərini qabaqlayıb. Meydan sahibləri isə 110 xalla üçüncü olublar.