"Nant" "Qarabağ"la oyun üçün Bakıya gəldi

 09:35 14.09.2022     146

Fransanın "Nant" komandası "Qarabağ"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu üçün Bakıya gəlib.

Redaktor.az xəbər verir ki, rəqib kollektiv ötən gün axşam saatlarında Azərbaycana çatıb.

Saat 17:15-də Liqa 1 təmsilçisinin baş məşqçisi Antuan Kombuarenin mətbuat konfransı, saat 18:00-da isə komandanın media üçün açıq məşqi olacaq.

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.