UEFA “Qarabağ”ın sükutla bağlı müraciətinə cavab verdi

 23:35 14.09.2022     448

Xəbər verdiyimiz kimi, “Qarabağ” Avropa Liqasında “Nant”a qarşı keçirəcəyi oyundan öncə son döyüşlərdə şəhid olan hərbçilərimizin bir dəqiqəlik sükutla yad edilməsi üçün müraciət edib.

Redaktor.az xəbər verir ki, UEFA Ağdam klubunun bu istəyinə müsbət cavab verməyib.

Bunu "qafqazinfo"ya açıqlamasında “Qarabağ”ın Baş meneceri Asif Əsgərov da təsdiqləyib:

“Bəlli olduğu kimi, oyundan öncə şəhidlərimizi bir dəqiqəlik sükutla yad etmək üçün UEFA-ya müraciət etmişdik. Lakin UEFA cavab olaraq bildirdi ki, bu, futbolla əlaqəli məsələ olmadığı üçün icazə verə bilmərik”.

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

Vumart və Güvən reklamı Vumart Güvən