Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli oldu

 17:33 15.09.2022     673

UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu ada İngiltərənin "Mançester Siti" klubundan Kevin de Brüyne layiq görülüb.

31 yaşlı belçikalı yarımmüdafiəçi Almaniyanın "Borussiya" (Dortmund) komandasını 2:1 hesabı ilə məğlub etdikləri görüşdə məhsuldar ötürmə ilə yadda qalıb.