"Qarabağ"a afərin!" - "Nant"ın baş məşqçisi

 23:00 15.09.2022     316

"Birinci hissə yaxşı oynadıq. Amma qol vura bilmədik. Rəqib isə bundan yararlandı. Onlara afərin deyirəm. Bravo"!

Redaktor.az xəbər verir ki, bunu Fransanın "Nant" komandasının baş məşqçisi Antuan Kambuare Bakıda "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan sonra mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis bu nəticədən sonra istefa verməyəcəyini bildirib:

"Futbolda belə nəticələr qeydə alına bilər. Biz növbəti matçda rəqibdən revanş almaq istəyirik. Liqa 1-də vacib görüşümüz var. Sosial şəbəkədə yazılanlara baxmıram və çox fikir vermirəm".

Vumart və Güvən reklamı Vumart Güvən