Azərbaycan şahmatçısı dünya birinciliyində gümüş medal qazandı

 15:03 17.09.2022     185

Rumıniyanın Mamaya şəhərində 14, 16 və 18 yaşlılar arasında şahmat üzrə dünya birinciliyi keçirilib.

Azərbaycan Şahmat Federasiyasından Redaktor.az-a verilən məlumatına görə, Ayan Allahverdiyeva 18 yaşlı qızların yarışında gümüş medal qazanıb.

Nərmin Abdinova, Şiroğlan Talıbov və Xəzər Babazadə müxtəlif kateqoriyalarda ilk onluqda qərarlaşıb.

Qeyd edək ki, şahmatçılar sonuncu dəfə 18 yaşlıların dünya çempionatında 2013-cü ildə medala layiq görülüb. Həmin il Səbinə İbrahimova üçüncü yeri tutub.