"Yuventus" autsayderə uduzdu

 20:22 18.09.2022     392

“Yuventus” A Seriyasının 7-ci turunda səfərdə “Monza”ya uduzub.

Redaktor.az xəbər verir ki, oyun ev sahiblərinin minimal üstünlüyü ilə başa çatıb – 1:0.

Matçın 40-cı dəqiqədə turinlilər azlıqda qalıblar. Belə ki, Anxel Di Maria rəqibin qarnına dirsəklə vurduğuna görə meydandan qovulub.

Yeganə qolu isə 74-cü dəqiqədə meydan sahiblərinin danimarkalı hücumçusu Kristian Qutkyaer vurub. Bununla da "Monza" çempionatda ilk qələbəsini qazanmış oldu.

Qeyd edək ki, “Yuve” son 8 matçda cəmi 1 qələbə qazanıb. Massimiliano Alleqrinin komandası A Seriyasında 10 xalla 8-ci pillədə qərarlaşıb.