"Qarabağ" bu komandanı darmadağın etdi

 22:27 18.09.2022     479

Futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunda "Qarabağ" "Zirə"nin qonağı olub.

Redaktor.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma "köhlən atlar"ın 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesabı meydan sahibləri açıb. Coşqun Diniyev 34-cü dəqiqədə fərqlənib. Ağdam təmsilçisinin qollarını 44-cü dəqiqədə Toral Bayramov, 56, 60, 79 və 85-cü dəqiqələrdə Musa Qurbanlı, 64-cü dəqiqədə Kadi Borges, 68-ci dəqiqədə isə Ramil Şeydayev vurub.

Musa Qurbanlı cari mövsüm bir matçda 4 qol vuran ilk oyunçu olub.

Rəqiblərindən bir oyun az keçirən "Qarabağ" xallarının sayını 18-ə yüksəldib və "Neftçi"yə çatıb. "Zirə" isə 10 xalla 6-cı sıradadır.

Vumart və Güvən reklamı Vumart Güvən