"Neftçi"nin şikayəti təmin olunmadı

 20:30 19.09.2022     292

Azərbaycan Futbol Federasiyaları Assosasiyası Apellyasiya Arbitraj Tribunalının qərarını açıqlayıb.

Redaktor.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığıncaqda "Neftçi" klubunun şikayətinə baxılıb.

İntizam Komitəsinin "ağ-qaralar"ın U-16 komandasının futbolçusu Həsən Mahmudov barəsində qəbul etdiyi 4 (dörd) oyunluq diskvalifikasiya cəzası qüvvədə saxlanılıb.