"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlandı

 19:45 20.09.2022     147

2023-cü ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi dəqiqləşib.

Redaktor.az Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi saytına istinadən xəbər verir ki, yarış yeni mövsümün ilkin təqvimində planlaşdırıldığı kimi 28 - 30 apreldə baş tutacaq.

Daha əvvəl 2018-ci və 2019-cu il Qran-priləri həmin tarixə təsadüf edib. Azərbaycanda 2017-ci ildən təşkil olunan yarışın digər mərhələləri isə iyunda keçirilib.

Qeyd edək ki, Bakı trasındakı son Qran-pri bu il 10 - 12 iyunda gerçəkləşib. Yarışın qalibi "Red Bull"dan Maks Ferstappen olub.