"Qarabağ"ın rəqibi yeni baş məşqçisini açıqladı - RƏSMİ

 14:09 21.09.2022     125

"Olimpiakos"un yeni baş məşqçisi açıqlanıb.

Redaktor.az xəbər verir ki, Miçel Pirey təmsilçisinin yeni çalışdırıcısı olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Qeyd edək ki, 14 il "Real Madrid"in formasını geyinən Miçel (1982-1996) "Marsel", "Sevilya", "Malaqa" komandalarına rəhbərlik edib.

Miçel 2013-2015-ci illərdə "Olimpiakos"un baş məşqçisi olub. O, son olaraq "Xetafe" klubunu çalışdırıb. 

Xatırladaq ki, "Qarabağ" "Olimpiakos"la ilk matçını oktyabrın 6-da səfərdə, cavab oyununu isə oktyabrın 13-də Bakıda keçirəcək.