Millimiz Slovakiya ilə oyunda son dəqiqə qolu ilə qələbə qazandı - VİDEO - YENİLƏNİB

 00:38 23.09.2022     303

UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda milli komandamız səfərdə Slovakiya ilə qarşılaşıb. 

Redaktor.az xəbər verir ki, yığmamız səfər matçında qələbə qazanıb.

Qarşılaşmaya əlavə edilmiş 5-ci dəqiqədə millimiz hesabda yenidən önə keçib. 

Höccət Haqverdi yığmamızı önə çıxardan qola imza atıb. 

Oyun bu hesabla başa çatıb.  

***

UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda milli komandamızın səfərdə Slovakiya ilə qarşılaşmasında hesab bərabərləşib. 

Redaktor.az xəbər verir ki, qarşılaşmanın əsas vaxtına əlavə edilmiş 3-cü dəqiqədə Yirka penalti zərbəsi ilə hesabı bərabərləşdirib. 

***

UEFA Millətlər Liqasının C Divizionunda Slovakiya və Azərbaycan yığmaları arasında keçirilən 3-cü qrupun V tur matçında ikinci hissə başlayıb.

Redaktor.az xəbər verir ki, ilk yarıdan sonra Canni De Byazinin baş məşqçi olduğu komanda hesabda öndədir - 1:0. Yeganə qolu 44-cü dəqiqədə Renat Dadaşov vurub.

***

UEFA Millətlər Liqasının C Divizionunda Slovakiya və Azərbaycan yığmaları arasında keçirilən 3-cü qrupun V tur matçında hesab açılıb.

Redaktor.az-ın məlumatına görə, Renat Dadaşov 44-cü dəqiqədə komandasını önə keçirib.

Canni De Byazinin baş məşqçi olduğu komanda fasiləyə üstünlüklə yollanıb.

***

UEFA Millətlər Liqasının C Divizionunda Slovakiya və Azərbaycan milli komandaları arasında keçirilən 3-cü qrupun V tur matçı başlayıb.

Redaktor.az xəbər verir ki, Trnava şəhərindəki Anton Malatinski stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürüb. Görüşü şotlandiyalı FIFA referisi Uilyam Kollam idarə edir.

Qeyd edək ki, bu qrupun digər oyununda Qazaxıstan evdə Belarusa 2:1 hesabı ilə qalib gələrək, sona 1 tur qalmış B Liqasına vəsiqəni təmin edib.

UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda üz-üzə gələcək Slovakiya və Azərbaycan milli komandalarının start heyətləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, yığmalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Slovakiya: 1. Marek Rodak, 5. Lübomir Şatka, 7. Kristian Vallo, 8. Laslo Beneş, 9. Robert Bojenik, 14. Milan Şkrinyar, 16. David Qantsko, 17. Martin Reqali, 18. Erik Yirka, 21. Matuş Bero, 22. Stanislav Lobotka

Ehtiyat oyunçular: 12. Frantişek Plax, 23. Dominik Takaç, 2. Peter Pekarik, 3. Vernon de Marko Morlakki, 4. Martin Valyent, 6. Miroslav Kaçer, 10. Adam Zrelyak, 11. Samuel Mraz, 13. Patrik Qroşovski, 15. Norbert Dyomber, 19. David Dyuriş, 20. Kristian Herts

Baş məşqçi: Françesko Kaltsona

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 6. Höccət Haqverdi, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov 11. Ramil Şeydayev 14. Eddi İsrafilov, 15. Bədavi Hüseynov, 20. Riçard Almeyda, 21. Ozan Can Kökçü

Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Səlahət Ağayev, 2. Amin Seydiyev, 5. Cəlal Hüseynov, 7. Anatoli Nuriyev, 10. Musa Qurbanlı, 13. Abbas Hüseynov, 16. Elvin Camalov, 17. Toral Bayramov, 18. Anton Krivotsyuk, 19. Filip Ozobiç, 22. Aleksey İsayev

Baş məşqçi: Canni De Byazi

Qeyd edək ki, bu gün Trnava şəhərindəki Anton Malatinski stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.