Baş məşqçi təyinatından 10 gün sonra istefaya göndərildi

 23:25 22.09.2022     112

Estoniyanın "Levadiya" komandasının baş məşqçisi Maksim Kaliniçenko istefaya göndərilib.

Redaktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı mütəxəssis təyinatından cəmi 10 gün sonra qovulub.

Tallin təmsilçisinin rəhbərliyi futbolçularla söhbətdən sonra bu qərarı qəbul edib. Klub prezidenti Viktor Levada hesab edir ki, komanda Kaliniçenkonun rəhbərliyi altında uğur qazana bilməz.

Qeyd edək ki, Maksim Kaliniçenko "Levadiya"nın sükanı arxasında cəmi 1 oyuna çıxıb. Paytaxt təmsilçisi həmin qarşılaşmada "Kuressaare"yə uduzub.