Rusiya millisi bu il ilk oyununa çıxdı

 10:44 25.09.2022     395

Rusiya millisi bu il ilk oyununa çıxıb

Redaktr.az xəbər verir ki, sonuncu dəfə ötən ilin noyabrından 14-də yaşıl meydanlarda top qovan rusiyalı futbolçular Qırğızıstan millisi ilə qarşılaşıb.

Bişkekdəki Dolon Omurzakov adına stadionda baş tutan oyunda ruslar 2:1 hesabı ilə qalib gəliblər.

Qırğızıstan - Rusiya - 1:2

Qollar: Şukurov, 24 (1:0), Sobolev, 30-pen (1:1), Utkin, 89 (1:2)

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən UEFA yığmanı bütün beynəlxalq turnirlərdən kənarlaşdırıb.