Dağıstan xalqı və Həbib Nurməhəmmədov arasında GƏRGİNLİK

 22:30 26.09.2022     434

Dağıstan xalqı Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu Həbib Nurməhəmmədovdan Rusiyanın elan etdiyi hərbi səfərbərliyə mövqe bildirməsini tələb edir.

Redaktor.az xəbər verir ki, dağıstanlılar 34 yaşlı sabiq döyüşçünün xalqına dəstək göstərməsini istəyirlər. Bu barədə Nurməhəmmədovun son İnstaqram paylaşımlarına şərhlər yazılıb:

"Həbib susma!",  "Həbib, Rusiya qardaşlarını, dostlarını, atalarını, övladlarını qırır. Niyə susursan?", "Bu illər ərzində Dağıstan sənə dəstək oldu. Bir dəfə də sən xalqın üçün ayağa qalx!", "Həbib, bacıların döyülür, qardaşların ölümə göndərilir. SƏnin sözlərin böyük məna kəsb edir, səsini çıxart!".

Qeyd edək ki, Həbib Nurməhəmmədov 2020-ci ilin oktyabrında karyerasını bitirib.