"Qarabağ"ın kapitanı "İdman ustası" fəxri adına layiq görüldü

 23:24 26.09.2022     324

Azərbaycan milli komandasının və "Qarabağ"ın kapitanı Maksim Medvedev "İdman ustası" fəxri adına layiq görülüb.

Gənclər və İdman Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, 33 yaşlı müdafiəçiyə müvafiq vəsiqə və döş nişanını nazir Fərid Qayıbov təqdim edib.

Qeyd edək ki, təcrübəli oyunçu 2006-cı ildən "Qarabağ"da çıxış edir.