Azərbaycan-Moldova matçı qolsuz başa çatdı

 22:44 27.09.2022     353

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldova ilə yoldaşlıq oyunu keçirib.

Redaktor.az xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu kollektiv "Dalğa Arena"da Moldovanı qəbul edib.

Oyun qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, U-21 əvvəlki yoxlama matçında "Şamaxı"ya 2:3 hesabı ilə uduzub.