Bu klub Ronaldoya 235 milyon avro təklif etdi

 23:26 28.09.2022     582

Səudiyyə Ərəbistanının “Əl Hilal” klubunun prezidenti Ben Nafel “Mançester Yunayted”dən ayrılmaq niyyətində olan portuqaliyalı hücumçu Kriştiano Ronaldo ilə danışıq apardıqlarını təsdiqləyib.

Redaktor.az xəbər verir ki, klub rəhbəri açıqlamasında 37 yaşlı forvardın transferinin hələ də gündəmdə olduğunu bildirib.

Qeyd edək ki, İngiltərə mətbuatı sözügedən klubun Ronaldoya 235 milyon avro və 28 milyon avro imza bonusu verməyə hazır olduğunu iddia edib.