Qətərin dünya çempionatında əcnəbi azarkeşlərdən əsas TƏLƏBİ

 20:08 29.09.2022     480

Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatını canlı izləmək istəyən əcnəbi azarkeşlərdən ölkəyə giriş zamanı koronavirusla bağlı mənfi test nəticəsi tələb olunacaq.

Redaktor.az yerli mətbuata istinadən xəbər verir ki, analiz səyahətdən 48 saat öncə götürülməlidir. Fanatlar səfərdən öncə "Ehteraz" adlı proqramı telefona yükləməli və testin nəticəsini bu tətbiqə yerləşdirməlidir.

Bu qərar yaşı 18-dən aşağı olan şəxslərə şamil edilməyəcək.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.