“Porşe” Formula 1-dən imtina etdi

 09:01 30.09.2022     422

“Porşe” şirkəti Formula 1 yarışlarına qatılmaqdan imtina edib.

Redaktor.az xəbər verir ki, şirkət “Red Bull” komandası ilə anlaşa bilmədiyi üçün belə bir qərar qəbul edib. “Porşe” Avstriya komandasını mühərriklə təmin etmək öhdəliyini üzərinə götürüb. Amma “Red Bull” rəhbərliyi belə olacağı məqamda Almaniya şirkətinin təsiri altına düşəcəyindən ehtiyatlanıb. Nəticədə “Red Bull” ilə anlaşa bilməyən “Porşe” ümumiyyətlə Formula 1-ə qatılmamaq qərarına gəlib.

Almaniya şirkətinin geri çəkilməsindən sonra bəzi mənbələr “Honda”nın yenidən Formula 1-ə qayıtmağa hazırlaşdığı ilə bağlı məlumatlar yayıb. Həmçinin “Ford”un da Formula 1-ə gəlişi müzakirə olunur. Bu xəbərlər təsdiqini tapacağı halda, həmin komandalar 2027-ci ildən Formula 1-də iştirak edəcəklər. Bunun üçün isə 2023-cü ilin iyunun 30-dək qeydiyyatdan keçmək lazımdır.