PSJ Messini buraxmaq istəmir

 09:23 30.09.2022     774

Fransanın PSJ komandası futbolçusu Lionel Messi ilə müqaviləni uzatmaq istəyir.

Redaktor.az "El Larguero" nəşrinə istinadla xəbər verir ki, klub argentinalı hücumçuya 1+1 illik sözləşmə təklif etməyi planlaşdırır.

35 yaşlı forvard Paris təmsilçisində qalmağa razılıq versə, onun illik məvacibi 30 milyon avro olacaq.

Daha əvvəl ulduz futbolçunun İspaniya "Barselona"sına qayıda biləcəyi ilə bağlı xəbər yayılıb.

Xatırladaq ki, Lionel Messi PSJ-yə 2021-ci ilin yayında Kataloniya təmsilçisindən keçib. Argentinalının Fransa çempionu ilə müqaviləsi gələn ilin iyununda başa çatacaq.