Qurban Qurbanov şəhid övladının arzusunu yerinə yetirdi - FOTO

 21:25 30.09.2022     425

“Qarabağ” klubunun baş məşqçisi şəhid övladının arzusunu yerinə yetirib.

Redaktor.az-a bu barədə ZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb.

Bildirilib ki, klubun baş məşqçisi Qurban Qurbanov Göyçay futbol məktəbinin şagirdi, Vətən müharibəsinin şəhidi, polkovnik-leytenant Vidadi Xəlilovun oğlu Əli Xəlilovun komandanın düşərgəsində olmaq istəyini yerinə yetirib.

Belə ki,  Əli Xəlilovun bu istəyindən xəbər tutan Q. Qurbanov şəhid övladını “Qarabağ”ın bazasına dəvət edib, komanda üzvləri ilə tanış edərək onunla həmsöhbət olub.

Baş məşqçi şəhid övladının adı yazılmış “Qarabağ”ın 10 nömrəli formasını da  ona hədiyyə edib.