PSJ Messiyə yeni müqavilə təklif etdi

 16:45 01.10.2022     269

Fransanın PSJ klubu ulduz futbolçusu Lionel Messiyə yeni müqavilə təklif edib.

Redaktor.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Nikolo Skira özünün şəxsi tviter hesabında məlumat verib.

Onun sözlərinə görə, yeni sözləşmə 1+1 illik nəzərdə tutulub.

Qeyd edək ki, Lionel Messinin Paris təmsilçisi ilə hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır. 35 yaşlı hücumçu cari mövsüm Liqa 1-də 8 oyunda meydana olub, 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.