Mançester derbisində 9 qol - “Şəhərlilər” “Qırmızı şeytanlar”a göz açmağa imkan vermədi – VİDEO

 20:37 02.10.2022     392

İngiltərə Premyer Liqasının IX turu Mançester derbisi ilə əlamətdar olub.

Redaktor.az xəbər verir ki, turun mərkəzi görüşündə “Mançester Siti” “Mançester Yunayted”i qəbul edib.

“Ettihad” stadionunda baş tutan, gərgin və maraqlı keçən derbidə qapılara 9 qol vurub.

“Mançester Siti” “qırmızı şeytanlar”ı meydana çıxmağa peşman edib - 6:3.

“Şəhərlilər” bu qələbə ilə xallarını 20-ə çatdırıb və 2-ci pillədəki mövqeyini möhkəmləndirib, “Mançester Yunayted” 12 xalla 6-cıdır.

Siyahıya 21 xalla “Arsenal” başçılıq edir. “Tottenhem” 17 xalla 3-cüdür.

İngiltərə Premyer Liqası
IX tur
2 oktyabr

“Mançester Siti” – “Mançester Yunayted” – 6:3
Qollar: Foden, 8, 44, 73, Haaland, 34, 37, 64 - Antoni, 56, Marsial, 84, 90+1 (pen.)

Vumart və Güvən reklamı Vumart Güvən