Futbolçu başını betona vurdu

 01:23 04.10.2022     429

Almaniyada regional liqaların birində, matç zamanı eyni vaxtda qorxulu və komik epizod yaşanıb.

Redaktor.az xəbər verir ki, “Hempi Leypsiq”in hücumçusu Denis Yepel yüksək sürət yığaraq, yaş sahədə özünü saxlaya bilməyib və başını beton divara çırpıb.

Zərbə o qədər güclü olub ki, futbolçu nokauta düşüb. Komanda yoldaşları və tibb işçiləri ona kömək etməyə gəliblər. Bir neçə dəqiqədən sonra Yepel sərbəst şəkildə ayağa qalxıb.

Hazırda onun sağlamlığı üçün təhlükə yoxdur.

Qeyd edək ki, görüşün nəticəsinə əsasən, “Hempi Leypsiq” rəqibindən 1:0 hesabı ilə üstün olu

 

 

Vumart və Güvən reklamı Vumart Güvən