Çempionlar Liqasında 40 fərqli kluba qol vuran əfsanə

 09:08 06.10.2022     279

Fransanın PSJ klubunun argentinalı hücumçusu Lionel Messi "Benfika" ilə matçda topu qapıya vuraraq Çempionlar Liqasındakı rekordunu yeniləyib.

Redaktor.az xəbər verir ki, bununla da o, turnirdə qol vurduğu komandaların sayını 40-a çatdırıb. 

"Benfika"ya vurduğu qolla Messi Çempionlar Liqasının 18 mövsümündə rəqib qapısına top göndərən yeganə oyunçu olmaqla növbəti rekorda imza atıb. O, 17 mövsümdə fərqlənən "Real Madrid"in hücumçusu Kərim Benzemanı qabaqlayıb.