Di Maria Messini geridə qoydu

 22:01 06.10.2022     750

"Yuventus”un futbolçusu Anxel Di Maria PSJ-nin hücumçusu Lionel Messinin Çempionlar Liqasındakı göstəricisini qabaqlayıb.

Redaktor.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi buna qrup mərhələsinin 3-cü turunda “Makkabi”yə (Hayfa) 3:1 hesabı ilə qalib gəldikləri oyunda nail olub.

Qarşılaşmada 3 məhsuldar ötürmə edən argentinalı oyunçu ÇL-də məhsuldar ötürmə sayında həmyerlisini ötüb. Hazırda Di Marianın 38, Messinin 37 assisti var.

Bu göstəricidə siyahıya "Mançester Yunayted”in futbolçusu Kristiano Ronaldo (42) başçılıq edir.